Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

FHN xilasediciləri Türkiyədə dağıntılar altında 86 saat qalmış yeniyetməni, 89 saat sonra isə qız uşağını xilas edib - VİDEO

701
Paylaş:
FHN xilasediciləri Türkiyədə dağıntılar altında 86 saat qalmış yeniyetməni, 89 saat sonra isə qız uşağını xilas edib -     VİDEO

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirir.

FHN-dən verilən məlumata görə, əməliyyatlar çərçivəsində dünən Kahramanmaraşda FHN-in xilasedicilərinin şücaəti və peşəkarlığı sayəsində mürəkkəb xilasetmə əməliyyatı nəticəsində zəlzələdən sonra dağıntılar altında 86 saat qalmış (dünən Türkiyə vaxtı ilə saat 18:00 radələri) 17 yaşlı yeniyetmə oğlan və 89 saat sonra isə (Türkiyə vaxtı ilə saat 21:00 radələri) 12 yaşlı qız uşağı sağ xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Paylaş:

Ən son xəbərlər