Əmlak Məsələləri Dövlət Xidməti bir-sıra dövlət qurumlarının balansında olan minik avtomobillərini satışa çıxaracaq.
Yeniavaz.com xəbər verir ki, satışa çıxarılacaq avtomobillərin 8-i Daxili İşlər Nazirliyinə, 4-ü Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına, 16-ı Xarici Kəşfiyyat Xidmətinə məxsusdur.
Siyahıda ən ucuz avtomobil 2005-ci il istehsalı olan “Tofaş Şahin”dir. Onun ilkin satış qiyməti 1 000 manat müəyyən edilib.
Hərracın ən baha avtomobili isə “Land Rover Defender”dir. Xarici Kəşfiyyat Xidmətinin balansında olan avtomobil 14 000 manata hərraca çıxarılıb. Avtomobil 2011-ci ildə istehsal edilib.




