Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.
AzTV ötən ilin dekabr ayının 27-də “2023-cü il üzrə 19 litrlik plastik polikarbonat qablarda bulaq suyunun satınalınması” ilə bağlı elan etdiyi müsabiqənin (Kotirovka sorğusu) qalibi fərdi sahibkar Seymur Rəfayıl oğlu Mansurov (VÖEN – 3600106622) olub. Seymur Mansurovun AzTV-yə ümumi dəyəri 25 200 manat olan 14 000 ədəd 19 litrlik qablarda su satması nəzərdə tutulurdu.