Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

SEPAH-ın illüziyaları davam edir: “Biz “Şiə NASA-sı” yaratmaq niyyətindəyik”

1 018
Paylaş:
SEPAH-ın illüziyaları davam edir: “Biz “Şiə NASA-sı” yaratmaq niyyətindəyik”

İran Müdafiə Nazirliyinə bağlı “Malik Əştər” Texnologiya Universitetinin rektoru general Qasım Tağızadə gülünc fikir irəli sürüb.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

“Biz “Şiə NASA-sı” yaratmaq niyyətindəyik. Biz müstəsna universitetik və birinci olmaq fikrində deyilik, amma əlimizdə olan imkanlarla bu universiteti “Şiə NASA-sı”na çevirmək istəyirik”, - deyə Q.Tağızadə qeyd edib.

O, əlavə edib ki, tezliklə İrandan kosmosa peyklərin göndərilməsi ilə bağlı şad xəbərlər olacaq:

“Bu layihələrə Müdafiə Nazirliyinin bir sıra sənaye qurumları cəlb olunub və universitetimizin öyrənciləri həmin layihələri həyata keçirmək və tamamlamaq üçün əsas işləri görüblər”.

Paylaş:

Ən son xəbərlər