Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Binədə həyat yoldaşını öldürməkdə şübhəli bilinən kişi saxlanıldı

722
Paylaş:
Binədə həyat yoldaşını öldürməkdə şübhəli bilinən kişi saxlanıldı

Fevralın 11-də saat 07 radələrində Xəzər rayonu rayonu Binə qəsəbəsində 1968-ci təvəllüdlü Pakizə Məmmədovanın yaşadığı ünvanda münaqişə zəminində kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalarla cinayət əməlini törədən qadının həyat yoldaşı 1967-ci il təvəllüdlü Aydın Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən A.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər