Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Dubay-Maxaçkala təyyarəsi Bakıda eniş etdi - SƏBƏB

829
Paylaş:
Dubay-Maxaçkala təyyarəsi Bakıda eniş etdi -     SƏBƏB

"flyDubai" aviaşirkətinə məxsus Dubay-Maxaçkala reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, "Boeing 737" təyyarəsi yerli vaxtı ilə saat 03:52-də Bakı hava limanına eniş edib.

Hava gəmisinin sərnişinləri və heyəti hazırda Bakı hava limanının tranzit zonasında yerləşdirilib.

Paylaş:

Ən son xəbərlər