Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları arasında dava məhkəmədə yekunlaşıb.
Qaynarinfo-nun məlumatına görə, Agentliyin Xızı-Xaçmaz Regional Bölməsində rəhbər şəxslə əməkdaşı arasında mübahisə baş verib.
Mübahisə qurumun Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri Məmmədbağır Hüseynovla sektorun əməkdaşı Sabir (şərti) adlı şəxs arasında olub.
Məmmədbağır Hüseynovun Sabirə "sən mənim üçün ölmüsən” deməsi tərəflər arasında gərginlik yaradıb. Bundan əsəbləşən Sabir həmin sektorun xidməti iş otağında Məmmədbağır Hüseynovun üzərinə hücum edib. O, Məmmədbağır Hüseynova cavab olaraq ucadan "sən öləsən, əzizlərin ölsün” ifadəsini işlədib.