Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Saakaşvilinin daha bir videosu yayıldı

963
Paylaş:
Saakaşvilinin daha bir videosu yayıldı

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin xəstəxanadan yeni videosu yayılıb.

Pravda.az xəbər verir ki, xəstəxananın müşahidə kamerasına düşən görüntülərdə onun çarpayıya çatmadan yıxıldığı görünür.

Saakaşvili 2021-ci ildə həbs edib, o, Rustavi şəhərinin həbsxanasında saxlanılırdı. 2022-ci ilin may ayından səhhəti pisləşdiyi üçün “Vivamed” özəl klinikasına yerləşdirilib.

8 ildən sonra ölkəsinə qayıdan sabiq prezident 2007-ci ildə müxalifətin mitinqini dağıtmaqda, “İmedi” telekanalının təsisçisi Badri Patarkaçişvilinin əmlakını müsadirə etməkdə, korrupsiyada, vəzifə səlahiyyətlərindən sui-istifadədə və deputatı döyməkdə ittiham olunur./ Yenisabah.az

Paylaş:

Ən son xəbərlər