Abşeron rayonunun Novxanı qəsəbəsində heykəllərlə bəzdilmiş məşhur dəbdəbəli villa satılır.
Pravda.az xəbər verir ki, satış qiyməti 6 500 000 manatdır. Bununla bağlı elanda qeyd edilib ki, real alıcıya endirim olacaq.
Məlum olur ki, villa 45 sot ərazinin içində inşa edilib. Sahəsi 1500 kvadrat metrdir. 4 mərtəbəli villada idman zalından tutumuş, 40 nəfər üçün nəzərdə "disko klub”a qədər var. Həmçinin villanın həyətində ümumi dəyəri 200 000 dollar olan heykətarşlıq nümunələri yerləşir.
