Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

DSX Akademiyasının kursantı yol qəzasında həlak oldu - YENİLƏNDİ

756
Paylaş:
DSX Akademiyasının kursantı yol qəzasında həlak oldu -   YENİLƏNDİ

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ötən gün saat 19:20 radələrində Ramiz Qəribov idarə etdiyi "QAZ-3102" markalı avtomobillə Qəbələ rayonunun Uludaş kəndində hərəkətdə olarkən piyada, 2003 - cü il təvəllüdlü Laçın Mahmudovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

***

00:19

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının tələbəsi yol qəzasında həlak olub.

Bu barədə Xidmətin Mətbuat Mərkəzindən məlumat verilib.

Bu gün 19:30 radələrində akademiyanın 3-cü kurs kursantı Mahmudov Laçın Tərlan oğlu məzuniyyətdə olarkən Qəbələ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi kursantın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Paylaş:

Ən son xəbərlər