Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Polis əməkdaşı bıçaqlanıb? - YENİLƏNDİ

966
Paylaş:
Polis əməkdaşı bıçaqlanıb? -   YENİLƏNDİ

Gəncə şəhərində polis əməkdaşının bıçaqlanması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir, əsassızdır.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Gəncə şəhərində polis nəfəri yaşadığı evdə ehtiyatsızlıqdan yıxılması nəticəsində ayağından yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Xahiş edirik hər hansı məlumatı yaymazdan qabaq dəqiqləşdirilmə aparılsın.

***

21:41

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Şərq küçəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Kamal Əliyev ayağından bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, dərhal yarası tikilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə Kamal Əliyev Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşıdır.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil./APA

Paylaş:

Ən son xəbərlər