"Təxminən Şabran zonasından başlayaraq Şamaxı və oradan da Gəncəyə qədər olan ərazi əsas seysmoloji həssas nöqtələr sayılır”.
Pravda.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədli "Xəzər Xəbər”ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın bütün ərazisi seysmik cəhətdən aktiv zonadır və zəlzələ ocaqlarının sayı çoxdur.