Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çağrı mərkəzindən verilən cavab, sadəcə, biabırçılıqdır”

7 072
Paylaş:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çağrı mərkəzindən verilən cavab, sadəcə, biabırçılıqdır”

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 çağrı mərkəzinə zəng edib dəfn pulunun (Atasının dəfn pulunu nəzərdə tutur-red) ödənilməsində yaranmış ləngimənin səbəbini sorşuram. Xanım cavab verir ki, DOST-a müraciətdən sonra 15 iş günü ərzində cavab veriləcək. Xatırladıram ki, müraciətimin  üstündən 3 həftə (16 iş günü) keçib. Növbəti cavab belə olur ki, yəqin, 30 günlük icraata götürülüb. Sual verirəm ki, bu nə çətin bir işdir ki, 15 iş günü azlıq etdi, keçiblər 30 iş gününə? Cavab belə olur ki, bilmirik, DOST-a müraciət edin. DOST-la necə əlaqə saxlamağı soruşanda isə cavab məni şoka saldı. Məlum oldu ki, DOST-a zəng etmək mümkün deyil. Bunun üçün Mərkəzin özünə təşrif buyurmaq lazımdır. Təsəvvür edirsiz bu nə deməkdir?”

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Samir Əliyev bildirib.

“Nazirliyin çağrı mərkəzindən verilən cavab, sadəcə, biabırçılıqdır. Yəni DOST-a zəng vurmaq üçün 142 çağrı mərkəzini yığmalısan, onlar da sənə deyir ki, özün getməlisən Mərkəzə.  Üstəgəl əlavə 30 gündə nəyi yoxlayırlar? DOST-dan söz düşmüşkən, Mərkəzin saytında  vətəndaşların məmnunluq səviyyəsi 98,43% göstərilib. Mənim fikrim də götürülüb və əminəm ki, mənim cavabım da 98,43% içindədir. Əslində məmnunluq səviyyəsi 100% olmalıdır. Çünki içəri daxil olanda adamı az qala VİP müştəri kimi qarşılayırlar. Yeganə çatışmayan odur ki, çay vermirlər (bunu zarafatla yazdım). Ancaq nə olsun? Əgər mənim müraciətim müsbət cavablandırılmırsa və ya gec cavablandırılırsa, bu, keyfiyyətin nə əhəmiyyəti qalır? Sən get-gələ düşürsənsə, bunun səbəbini sorğu aparanlar qanunlarda görürsə, bu halda hansı məmnuniyyətdən söhbət gedə bilər? DOST-a zəng vura bilmirəmsə, hər xırda məsələ üçün işimi atıb Mərkəzə getməliyəmsə, bu halda məmnuniyyət niyə ölçülür? Yeri gəlmişkən, poçt şöbəsində dedilər ki, dəfn pulları, ümumiyyətlə, gəlməyib. Çünki xalq arasında deyildiyi kimi “büdcə açılmayıb””, - o qeyd edib.

Paylaş:

Ən son xəbərlər