Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Ermənistanın xarici işlər naziri Türkiyədə səfərdədir

687
Paylaş:
Ermənistanın xarici işlər naziri Türkiyədə səfərdədir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyədə səfərdədir.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Nümayəndə heyətinin tərkibində Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə danışıqlarda Ermənistanın xüsusi təmsilçisi, parlamentin sədr müavini Ruben Rubinyan da var.

Məlumata görə, A.Mirzoyan Türkiyənin Adıyaman bölgəsində axtarış-xilasetmə əməliyyatında iştirak edən Ermənistanın xilasetmə qrupu ilə görüşəcək.

Bildirilib ki, səfər çərçivəsində Mirzoyanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da qəbul edəcək./Report

Paylaş:

Ən son xəbərlər