Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Tural Abbaslı: ““Öcalana heykəl qoyacağıq” deyən adama “mücahid” deyənlərə xain demişəm, kim istəyir, üzərinə götürsün...”

1 162
Paylaş:
Tural Abbaslı: ““Öcalana heykəl qoyacağıq” deyən adama “mücahid” deyənlərə xain demişəm, kim istəyir, üzərinə götürsün...”

Ağ Partiyanın sədri Tural Abbaslı canlı yayımların birində onun AXCP-nin sədr müavini Seymur Həzini və AXCP-nin ümumilikdə rəhbərliyini, üzvlərini “vətən xaini” adlandırması barədə ortaya çıxan iddialara münasibət bildirib.

T.Abbaslı Pravda.az-a açıqlamasında deyib ki, “xain” adlandırdığı şəxslərlə bağlı konkret ad çəkməyib.

“Mən efirdən “Öcalana heykəl qoyacağıq” deyən adama “mücahid” deyənlərə xain demişəm. Hansı təşkilatda, kimin müavini, kimin sədri olurlar, özləri bilərlər. “Hakimiyyətə gələriksə, Öcalana - əli 30 min Türkiyə vətəndaşının qanına batmış terrorçu Abdullah Öcalana heykəl qoyacağıq” deyən Səlahəddin Dəmirdaşa “mücahid”, “siyasi xadim” deyən adamlar kimliyindən, tutduğu vəzifədən, siyasi möveyindən asılı olmayaraq mənim üçün xaindir. İndi kim bunu üzərinə götürürsə, problem deyil, öz işidir”, - T.Abbaslı bildirib.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər