“Müstəqillik illərindən sonra Bakıda tikilən və tikilməkdə olan bütün binalar 8 ballıq zəlzələyə davamlıdır”.
Pravda.az xəbər verir ki, bunu Xəzər TV-yə müsahibəsində Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Ramiz İsayev deyib.
Onun sözlərinə görə, Assosiasiya yarandığı gündən paytaxt ərazisində tikilən yaşayış və qeyri-yaşayış binalarında mütəmadi olaraq monitorinqlər aparır.
Çox az tikinti şirkəti var ki, onlar tikinti norma və qaydalarına əməl etmirlər. Əməl etməyənlər də Fövqəladə Hallar Nazirliyi tərəfindən istismara qəbul olunmur. Yəni bina hazır olsa da, orda kommunal infrastruktur olmur.
Bəs ölkə ərazisində tikilən binaların zəlzələyə davamlılığı necə müəyyən edilir?