Qaraciyər xəstəlikləri olan insanlardan bişmiş alma iyi gəlir.
Bu barədə Rusiya mediasına müsahibəsində “Mediçina” ASC-nin qastroenteroloqu Vladimir Neronov (akademik Roitberqin klinikası) bildirib. Həkim müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlardan gələn digər qoxuları sadalayıb.
Neronov izah edib ki, bədən qoxularının intensivliyi xəstəliyin şiddəti ilə düz mütənasibdir. Həmçinin qoxunun intensivliyi insanın bədənə necə qulluq etməsindən asılıdır.
“Şəkərli diabetli insanlar aseton qoxusu verir, həzm sistemi xəstəliyi olan insanlardan çürük və lax yumurta qoxusunu hiss olunur.
Sidik sistemi xəstəliklərindən əziyyət çəkənlərdən ammonyak iyi, qaraciyər xəstəlikləri olanlardan isə bişmiş alma iyi gəlir”, – həkim deyib.
Neronovun fikrincə, spesifik bədən qoxusunu müəyyən mikroorqanizmlərin olması və dəri vəzilərinin işi ilə izah etmək olar.