Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirib.
Azərbaycanlı iş adamı, “Palmali Holding”in prezidenti Mübariz Mənsimov da bu kampaniyada iştirak edib. Belə ki, Mübariz Mənsimovun nümayəndəsi canlı efirdə tanınmış türkiyəli sənətçi Hülya Avşara zəng edərək “Palmali Holding” rəhbərinin də ianələrə qoşulmaq istədiyini bildirib. Hülya Avşar ianələri qeyd edərək onları canlı efirdə səsləndirib.