Almaniya növbəti dəfə Azərbaycan respublikası vətəndaşlarının kütləvi deportasiyasını həyata keçirəcək.
Pravda.az-ın məlumatına görə, ölkənin Şimali Reyn Vestfaliya əyalətindən baş tutacaq deportasiya prosesində 40-a yaxın Azərbaycan vətəndaşının göndərilməsi nəzərdə tutulur.
Düsseldorf şəhər Polis Təşkilatından verilən məlumata görə, ötən gün həmin şəxslər Almaniyada saxlanılıb, Azərbaycana göndərilməsi üçün lazım olan prosedurlardan keçiriliblər. Ancaq bu zaman deportasiyadan yayınmaq istəyən iki azərbaycanlı yaşadıqları yataqxananı icazəsiz olaraq tərk edib.