Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Məşğulluq Agentliyi Vətən Müharibəsi Şəhidi Etibar Mahmudova xəbərdarlıq göndərib.
Pravda.az xəbər verir ki, bu barədə Mingəçevirdən olan Şəhidin anası Əsmayə Mahmudova bildirib. Məlumatı jurnalist Kamil Həmidov açıqlayıb. Rəsmi bildirişi alan ana heyrətlənib.
Fevralın 14-də göndərilmiş bildirişdə deyilir ki, Şəhid fərdi məşğulluq proqramını əldə etmək üçün 5 gün müddətində regional məşğulluq mərkəzinə yaxınlaşmalıdır. “Əks təqdirdə işsiz kimi qeydiyyatdan çıxarılacaqsınız“-deyə bildirişdə qeyd olunur.
Etibar Mahmudov 44 günlük Vətən müharibəsində iştirak edib və noyabr ayında döyüş zamanı şəhid olub.
