Naxçıvan Muxtar Respublikası (MR) Prokurorluğunda iki nəfər vəzifədən azad olunub, yeni təyinatlar olub.
Pravda.az xəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsinin rəisi İlqar Əsgərov və Naxçıvan MR Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin böyük prokuroru Əsrafil Əsgərov öz arzularına əsasən tutduqları vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.