Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Aygün Bəşirova icraçı direktorun müavini təyin edildi - FOTO

2 242
Paylaş:
Aygün Bəşirova icraçı direktorun müavini təyin edildi -   FOTO

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin Müşahidə Şurasının qərarı ilə Aygün Bəşirova Mərkəzin icraçı direktorunun müavini təyin edilib.

Pravda.az-ın xəbərinə görə, A.Bəşirova 1984-cü ildə anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistr pilləsini “Dövlət hüququ” ixtisaslaşması üzrə bitirib.

Aygün Bəşirova əmək fəaliyyətinə 2007-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsində başlayıb, 2017-ci ildən həmin baş idarənin İnzibati və hərbi normativ aktlar idarəsinin rəisi vəzifəsində çalışıb. Eyni zamanda o, Ədliyyə Nazirliyi Apellyasiya Şurasının üzvü olub. 2019-cu ildən hal-hazıradək Hüquqi Əməkdaşlıq üzrə Avropa Komitəsinin eksperti qismində fəaliyyət göstərib. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Paylaş:

Ən son xəbərlər