Türkiyədə zəlzələnin episentri olan Kahramanmaraş şəhərinin mərkəzi rayonunda 258 saat sonra dağıntılar altından Neslihan Kılıç adlı qadın sağ çıxarılıb.
42 yaşlı qadının sağ çıxarıldığı yaşayış kompleksində 250-dən çox insan həlak olub.
Qadının sağ çıxarılmasından sonra mətbuata açıqlama verən onun yaxın qohumu artıq məzarı hazırladıqlarını bildirib: “Xilasedicilərdən nəşi parçalanmasın deyə axtarışı dayandırmaqlarını istəmişdik”.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.