Fevralın 17-də, gecə aytaxtın yüksəklik ərazilərinə qar axşam saatlarında yağmağa başlayıb və bütün gecəni davam edib.
Bakıya qar yağdı
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bu gün Bakı və Abşeron yarımadasında arabir qar yağacağını axşama doğru tədricən kəsiləcəyini proqnozlaşdırıb. Paytaxtda gecədən güclü şimal-qərb küləyi əsir.
Abşeron yarımadasında gecə havanın temperaturu 0-3 dərəcə şaxta, Bakıda isə 0-2 dərəcə şaxta təşkil edib.