Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Siyəzəndəki qəzada 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb - YENİLƏNDİ

747
Paylaş:
Siyəzəndəki qəzada 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb -     YENİLƏNDİ

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 3-ə çatıb.

TƏBİB-dən verilən məlumata görə, qəzada xəsarət almış 8 nəfər Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi Reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə Təcili tibbi yardım bölməsində davam etdirilir.

***

09:27

Bu gün saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu km-də Siyəzən rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, "Mercedes Vito" markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqamətdə hərəkətdə olan "Opel" markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Mercedes”də olan sərnişinlərdən 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər