“Azərbaycan Naminə Alyans Partiyasının Yeni Azərbaycan Partiyasına birləşəcəyi barədə deyilənlər həqiqəti əks etdirmir. Bizim partiya olaraq heç vaxt belə müraciətimiz olmayıb və bu məsələ heç vaxt müzakirə edilməyib. Ancaq bəzi çıxışlarda – söhbət “Siyasi partiyalar haqqında” qanunun müzakirəsi prosesindən gedir – mən partiyaların birləşmə yollarını axtarmağa çağırmışam, ""kiçik olsun, mənim olsun" düşüncəsindən imtina etmək lazımdır" demişəm. Ortaya ciddi siyasi partiyalar çıxarmaq lazımdır. Bu gün Azərbaycanda formalaşan çoxsaylı partiyaların ciddi bir iş görməyə qadir olmadıqlarını da demişəm. Ancaq qanun qəbul olunduqdan sonra da müşahidə etdim ki, siyasi partiyalar birləşməyə və birləşmək yolunu axtarmağa o qədər də meyilli deyillər. Ümid edirlər ki, birtəhər 5 min üzv tələbini yerinə yetirib, yenidən qeydiyyatdan keçə bilərlər…”
Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.