Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Dövlət başçısı azad olunmuş ərazilərdə alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu bildirdi

580
Paylaş:
Dövlət başçısı azad olunmuş ərazilərdə alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu bildirdi

Prezident İlham Əliyev Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşü zamanı Azərbaycanda müxtəlif istiqamətlərdə, o cümlədən vergi və gömrük sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib.

Pravda.az xəbər verir ki, dövlət başçısı ölkəmizin xarici sərmayədarlar üçün cəlbedici investisiya məkanı olduğunu vurğulayıb.

Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizdə azad ticarət zonasının yaradılması istiqamətində atılan addımlar, Azərbaycanın logistika və nəqliyyat imkanlarının artması barədə məlumat verib. Bu xüsusda Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırıb, Almaniyanın Şərqi Biznes Assosiasiyasının tərkibinə daxil olan şirkətləri tanışlıq məqsədilə ölkəmizə səfərə dəvət edib.

Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu bildirib.

Paylaş:

Ən son xəbərlər