Azərbaycanda pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin Avropa Şurasının ekspertlər Komitəsi (MONEYVAL) tərəfindən aparılacaq 5-ci raund qiymətləndirilməsinə hazırlığın təmin edilməsi və digər məsələlərin müzakirəsi məqsədilə Nazirlər Kabinetinin 2020-cü il 21 oktyabr tarixli 404 nömrəli Qərari ilə yaradılmış Koordinasiya Şurasının növbəti iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan Baş nazirin müavini Əli Əhmədov ötən dövr ərzində pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəsahəsində ölkəmizdə həyata keçirilən tədbirlər – milli risk qiymətləndirilməsinin aparılması, müvafiq sahədə yeni qanunların qəbulu, habelə MONEYVAL Komitəsinin 5-ci raund qiymətləndirmə prosesinə son hazırlıq mərhələsində həlli zəruri olan tədbirlər barəsində məlumat verib.