“Bu gün 11-12 yaşında narkoman olanların içərisində qız uşaqları da var. Bunu sizə əminliklə deyirəm. Allah İranı dağıtsın, xaraba qoysun. Bütün bu zibillər oradan gəlir. Onların işi həmişə təxribat, xəyanət, narkomaniya, ara qızışdırmaq olub. Onlar tarixən həmişə belə olublar...”
Bu sözləri Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Ölkədə hətta azyaşlı uşaqların da narkomaniya bəlasına düçar olduğunu bildirən kinorejissor bunun səbəbkarının məhz İran olduğunu deyib:
“Əvvəla onlar şiə-sünni məsələsini ortaya atmaqla müsəlman dünyasına xəyanət etdilər. Şiə nə olan şeydir? Açın Quranda göstərin görək hansı ayədə sünni-şiə söhbəti gedir? Şiə adı ilə narkotik alveri edən İran bu gün Azərbaycanı narkotik məskəninə çevirib. Onların bizə ən böyük xəyanəti məhz budur. Bu gün bu narkotiklər məscidlərdə idarə olunur, Azərbaycanda dinə xidmət edən rayonlardakı bəzi adamların vasitəsilə gəlir. Bir qrup şiə adamlar İslam dünyasına qarşı təxribat təşkil edirlər. Bu faktdır”.