Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

İlham Əliyev: Azərbaycanla İsrail arasında müdafiə və hərbi-texniki sahədə əməkdaşlıq inkişaf edir

642
Paylaş:
İlham Əliyev: Azərbaycanla İsrail arasında müdafiə və hərbi-texniki sahədə əməkdaşlıq inkişaf edir

Azərbaycanla İsrail arasında münasibətlər dostluq və tərəfdaşlıq xarakteri daşıyır.

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşü zamanı bildirib.

Dövlət başçısı müxtəlif sahələrdə, o cümlədən müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdiyini bildirib.

Prezident İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin tezliklə fəaliyyətə başlamasının əlaqələrimizin inkişafına daha böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

Paylaş:

Ən son xəbərlər