Ucar Rayon Polis Şöbəsinə rayonun Çiyni kəndi ərazisində yerləşən evlərin birinə iki nəfərin basqın etməsi, ev sahibinin əl-qolunu yapışqan lentlə bağlayaraq evdə olan 7000 manat pulu aparması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli həmin kənd sakini Müşfiq Kərimov və onun qardaşı oğlu, Bakı şəhər sakini Cavanşir Kərimov saxlanılıblar.