Müdafiə Nazirliyindən hərbi şəhərcik tikmək üçün külli miqdarda pul alan şirkətlə bağlı məhkəmə yekunlaşıb.
Bir müddət öncə “Koza İnşaat Ve Savunma Sanayi Ticaret Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyi Müdafiə Nazirliyinin rəhbərliyi ilə müqavilə bağlayıb. Müqavilə tələblərinə əsasən, şirkət MN üçün hərbi şəhərcik tikməli imiş. Lakin qeyd olunan vaxta qədər müqavilə öhdəlikləri yerinə yetirilməyib. Buna görə də nazirlik şirkət barədə məbləğin geri qaytarılması ilə bağlı məhkəməyə müraciət edib.