Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Biləsuvarda baş verən yol qəzasında bir nəfər ölüb, yeddi nəfər yaralanıb

747
Paylaş:
Biləsuvarda baş verən yol qəzasında bir nəfər ölüb, yeddi nəfər yaralanıb

Fevralın 18-də saat 19:00 radələrində Biləsuvar rayonu Arazvari kəndi ərazisində bir nəfərin ölməsi və yeddi nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, baş verən qəzada iki minik avtomobili toqquşub.

Nəticədə “VAZ 21 07” markalı minik avtomobilinin sürücüsü, 1949-cü il təvəllüdlü Hidayət Rzayev ölüb, iki sərnişini və “VAZ 21 06” markalı minik avtomobilin sürücüsü və dörd sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər