Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Lənkəranda tamah məqsədilə qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

724
Paylaş:
Lənkəranda tamah məqsədilə qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Fevralın 17-də saat 12 radələrində Lənkəran rayonu Yuxarınüvədi kəndində evlərin birində 1952-ci il təvəllüdlü Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Pravda.az-a verilən xəbərə görə, ilkin araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib. Evdən 5000 manat pul və qızıl zinət əşyaları talanıb.


Polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən kənd sakini 1966-cı il təvəllüdlü Əminağa Quliyev tutularaq istintaqa təhvil verilib.

Paylaş:

Ən son xəbərlər