Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Blinken İlham Əliyevlə Nikol Paşinyan arasında görüşün keçiriləcəyini son anadək gizli saxlayıb”

1 249
Paylaş:
“Blinken İlham Əliyevlə Nikol Paşinyan arasında görüşün keçiriləcəyini son anadək gizli saxlayıb”

“Münxen Təhlükəsizlik Konfransında ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçiriləcəyi son anda bəlli oldu. Blinkenin komandası görüşü son ana qədər gizli saxlamağa çalışıb. Bu anlaşılandır. Moskva Vaşinqtonun vasitəçilik təşəbbüslərinə qısqanc yanaşır və Azərbaycanla Ermənistan arasında özündən başqa ayrı vasitəçini qəbul etmək istəmir. Buna baxmayaraq, Brüssel və Vaşinqton vasitəçilik təşəbbüslərindən əl çəkmir və bununla Kremlə mesaj göndərirlər ki, Cənubi Qafqaz Rusiyanın arxa baxçası deyil, Qərbin də bu bölgədə maraqları var”.

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

“Əsas odur ki, İlham Əliyev və Nikol Paşinyan Qərbin vasitəçiliyinə müsbət yanaşırlar. Münxendəki danışıqlarda real nəticə əldə olunmasa da, Brüsellə Vaşinqtonun moderatorluğunu davam etdirməsi Cənubi Qafqaz üçün faydalıdır”, - E.Şahinoğlu qeyd edib.

Paylaş:

Ən son xəbərlər