Fransa prezidenti Emmanuel Makronun reytinqi ölkədə müzakirə edilən və kütləvi etirazlara səbəb olan pensiya islahatının fonunda son üç ilin ən aşağı səviyyəsinə düşüb.
Bunu IFOP sosioloji xidmətinin bazar günü dərc etdiyi sorğunun nəticələri sübut edir.
Məlumata görə, sorğuda iştirak edən fransızların yalnız 32%-i Makronun prezident kimi fəaliyyətindən razıdır. Bu, bir ay əvvəllə müqayisədə 2 % bəndi azdır.