Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Salyanda avtomobil yük maşınına çırpılıb, ölən və xəsarət alanlar var

742
Paylaş:
Salyanda avtomobil yük maşınına çırpılıb, ölən və xəsarət alanlar var

Salyanın Kürsəngi kəndində baş verən yol qəzasında 1 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

Astara istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıda gedən “KamAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Qəza nəticəsində “Mercedes”də olan Lənkəran rayon sakini, 1954-cü il təvəllüdlü Ağa Faiq Xudaverdi oğlu hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı şəxsiyyətləri hələ məlum olmayan daha iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./Report

Paylaş:

Ən son xəbərlər