Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə edilməsi sahəsində baş vermiş hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi məqsədilə 2022-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Maliyyə Nazirliyi tərəfindən kompleks işlər görülüb.
Pravda.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu dövr ərzində prokurorluq orqanlarının qərarı və Maliyyə Nazirliyinin təşəbbüsü ilə aparılan araşdırmalar üzrə 64 maliyyə yoxlaması keçirilib. Həmin yoxlamalara prokurorluq əməkdaşları, Maliyyə, Müdafiə, Elm və Təhsil Nazirlikləri, Auditorlar Palatası, eləcə də Mərkəzi Bankın mütəxəssisləri cəlb edilib.