F-16 təyyarələrini şərtlər altında almağımız düzgün olmazdı. Bu təyyarələri alarkən bizim əl qolumuz bağlanmamalıdır.
Pravda.az xəbər verir ki, bunu Ankarada səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken ilə birgə keçirilən mətbuat konfransında Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bildirib. O, ABŞ-ın Türkiyəyə 1,4 milyard dolla ödənişi geri qaytarmalı olduğunu deyib.