"Dakkılı" ləqəbli sosial şəbəkə fəalı Ziliş Cəfərov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, musiqiçi Hüseyn Hüseynovun sosial şəbəkə üzərindən bir qrup “Tik-tok” istifadəçiləri tərəfindən söyüş və təhqir səsləndirmələri barədə polis orqanlarına müraciət edib. Müraciət əsasında Səbuhi Xanlarov, Rövşən Süleymanzadə və Ziliş Cəfərov polis orqanına dəvət olunublar.