Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili və nümayəndə heyətinin üzvləri Tural Gəncəliyev, İltizam Yusifov, Vüqar Bayramov, Soltan Məmmədov və Nurlan Həsənov bu təşkilatın 10-cu plenar sessiyasında iştirak etmək üçün fevralın 18-dən Moldovanın Kişineu şəhərində səfərdədirlər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Pravda.az-a verilən xəbərə görə, sessiyadan əvvəl Avronest PA Bürosunun iclasında Belarus, Azərbaycan və Gürcüstana qarşı hazırlanmış, Ermənistan nümayəndə heyətinin xüsusu canfəşanlıq göstərdiyi qətnamə rədd edilib.