Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Pravda.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzillərdən birində, ilkin ehtimala görə, hamam otağındakı su qızdırıcısında yanğınla müşahidə edilməyən partlayışın baş verdiyi müəyyən olunub.