Narkotik vasitə istifadəsinə görə həbs edilən "Daqqılı" ləqəbli sosial şəbəkə fəalı Ziliş Cəfərovun ifadəsi məlum olub.
Ağdamın Muğanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri Qaradağ rayonunda yaşayan 31 yaşlı Z.Cəfərov ifadəsində narkotik maddəni 10 manata aldığını deyib: “1 ay əvvəl narkotik vasitə olan marixuanadan istifadə etmişəm. Narkotik vasitəni Hövsan qəsəbəsində tanımadığım şəxsdən 10 manata almışdım. İstifadəsində şübhəli bilindiyimdən müayinə üçün narkoloji dispanserə aparıldım və müayinə nəticəsində narkotik və psixotrop maddələrdən istifadə etməyim aşkar edildi. Törətdiyim əməldən peşmanam və bir daha belə hala yol verməyəcəyimə söz verirəm”.
Məhkəmə qərarına əlavə edilmiş ekspertiza rəyində eyni zamanda Z.Cəfərovun qanında tapılan maddənin adı da açıqlanıb.