Ötən gün dəfn olunan Xalq artisti Ramiz Novruzun vida mərasiminin təntənəli keçirilməməsi tənqid olunub. Bir sıra sənət adamları, o cümlədən jurnalistlər ömrünün yarısından çoxunu keçirdiyi Akademik Milli Dram Teatrının səhnəsində sənətçi üçün mərasim təşkil edilməməsini qınayıblar. Teatrın bədii rəhbəri və direktoru Azərpaşa Nemətov Ölkə.Az-a açıqlamasında müzakirələri “şou” adlandıraraq bu barədə danışmaq istəmədiyini deyib: “Bu barədə danışmaq istəmirəm, siz şou edirsiniz. Neçə illərdir o qədər adam rəhmətə gedib, hansını “şey eləyiblər”. Yenə də danışırsınız. İngilissiniz, fransızsınız? Siz axı azərbaycanlısınız. Niyə şou edirsiniz? İkincisi də, mən məşqə gecikirəm. Siz kefiniz istəyən vaxtı zəng edirsiniz, mənim də vaxtım yoxdur. 24-ü tamaşam var, ora hazırlaşırıq. Dünən məşqi böyük sənətkarımız Ramiz müəllimə görə “otmenit” elədik ki, hamımız orada iştirak edək. Ramizin xətrini hamımız istəyirdik. O, çox yaxşı, mədəni insan idi. Biz də onu çox sevirdik”.
A. Nemətov illərdir ki, dünyasını dəyişən heç bir sənətçi üçün “Azdrama”nın səhnəsində vida mərasimi təşkil edilmədiyini söyləyib: