Keçmiş Milli Təhlükəsizliyi Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış general-mayor Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevə qarşı dələduzluq etməkdə mühakimə olunan 15 saylı Vəkil Bürosunun vəkili, “Mərkəz” Vəkil Bürosunun rəhbəri olmuş Elçin Qəmbərovun ittiham aktı məlum olub.
Elçin Qəmbərov “Mərkəz” vəkil bürosunun müdiri vəzifəsində işləyərkən 2021-ci ilin aprelin ortalarında Elgün Şixəliyevdən onun atası barəsində seçilmiş həbs qətimkan tədbirinin bəzi vəzifəli şəxslərlə olan yaxın münasibətlərindən istifadə etməklə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına nail olacağını vəd verib. Elçin Qəmbərov Elgün Şıxəliyevdən 320.000 ABŞ dolları (500 min manat) alıb. O, 2021-ci ilin avqustunda gələcəkdə onun yenidən həmin pul vəsaitini almaq üçün Elgünün etibarını qazanmaq məqsədilə həmin pul vəsaitini geri qaytarıb.
İttiham aktına görə, daha sonra Elçin Qəmbərov 2021-ci ilin sentyabrında Elgün Şixəliyevin pulunu ələ keçirmək məqsədilə rəhbəri olduğu büronun vəkili Arzu Cavadova xidmət haqqı formasında 300.000 ABŞ dollar məbləğində pul vəsaiti müqabilində Mövlam Şıxəliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin bəzi vəzifəli şəxslərlə olan yaxın münasibətlərindən istifadə edərək, məhkəmə baxışı zamanı ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına nail ola biləcəyini bildirib. O, rəhbəri olduğu büronun xidməti iş otağında Elgün Şixəliyevlə görüşüb və ondan xidmət haqqı adı ilə xüsusilə külli miqdar hesab edilən 510.000 manat ekvivalentinə bərabər 300.000 ABŞ dollar məbləğində pul vəsaitini alıb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin Qəmbərov ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib. O, ifadəsində göstərib ki, 2021-ci ilin aprel ayında "Mərkəz" vəkil bürosunun müdiri işləyəndə iş barəsində həmin vəkil bürosunun vəkili Arzu Cavadovla söhbət edib: “Bu zaman Arzu Cavadov ona Mövlan Şixəliyevin vəkili olduğunu bildirib. Həmin vaxt Mövlam Şixəliyev barəsində cinayət işinin ibtidai istintaqı davam edirdi. Mövlam Şıxəliyevin barəsində həmin iş üzrə həbs qətimkan tədbiri seçilmişdi. Arzu Cavadovla söhbət zamanı ona yuxarı dövlət orqanlarında bəzi vəzifəli şəxsləri tanıdığımı, Mövlam Şixəliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilməsində köməklik edə biləcəyimi dedim”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, bir neçə gün sonra vəkil bürosunun inzibati binasında Arzu Cavadova Mövlam Şixəliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilməsi məsələsini "həll edəcəyi"ni, bunun üçün onlardan 320 000 ABŞ dollar məbləğində pul alacağını, həmin pulun xidmət haqqı kimi onun özünə lazım olduğunu söyləyib:
“Bu danışıqdan bir həftə sonra vəkil bürosunun inzibati binasında olan otaqda Mövlam Şixəliyevin oğlu Elgün Şixəliyev vəkil Arzu Cavadovun iştirakı ilə mənə 320 000 ABŞ dolları verdi. Əslində isə həmin pul məbləğini alanda niyyətim Elgün Şixəliyevi aldadaraq onun pulu aldatma yolu ilə ələ keçirmək olub. Hər hansı vəzifəli şəxslə əlaqə qurmaq niyyətim olmayıb. Pul vəsaiti mənə veriləndən sonra Elgün Şixəliyev va Arzu Cavadov tez-tez zəng etdi, məsələnin nə yerdə olduğunu soruşdular. Mən isə onlara gözləmək lazım olduğunu dedim. Bu haldan sonra bir neçə ay ərzində məsələnin həll edilməsi üçün heç bir hərəkət etmədim, heç kimlə əlaqə qurmadım”.
Elçin Qəmbərov qeyd edib ki, 2021-ci ilin avqustunda Mövlam Şixəliyev barəsində olan cinayət işi istintaq orqanı tərəfindən məhkəməyə göndərilib: “Elgün Şixəliyevin mənə olan inamını daha da artırmaq, yəni guya ona yalan danışmadığımı inandırmaq üçün, lakin iş məhkəmənin icraatındaolan zaman yenidən həmin pul vəsaitini Elgün Şixəliyevdən almaq məqsədilə Arzu Cavadova qaytardım. Cinayət işi məhkəmə baxışında olarkən Arzu Cavadova Mövlam Şixəliyevə köməklik göstərilməsinin mümkün olduğunu, tanıdığım vəzifəli şəxslərlə yenidən əlaqə qura biləcəyimi dedim. Bu xidmət üçün bu dəfə 300.000 ABŞ dolları istədim”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2021-ci ilin sentyabrında Elgün Şixəliyev yenidən Arzu Cavadovun iştirakı ilə ona 300 000 ABŞ dollar verib: