Xəbər verdiyimiz kimi, Fevralın 22-də Audiovizual Şurasının yayım zamanı qanunvericiliyin pozulması faktı ilə əlaqədar keçirilən iclasında “MTV”kanalına xəbərdarlıq edilib.
Pravda.az xəbər verir ki, buna səbəb aparıcı Tarix Əliyevin (Tolik) "Ümid ilə gəl" verilişində səsləndirdiyi fikirlər olub.
Belə ki, Tolik fevralın 20-də efirə gedən proqram zamanı bir şəxs haqqında "Nizaməddin müəllim... Müəllim, dırnaq arasında müəllim də... Nizaməddin kişi, 102-yə məndən şikayət eləmisən. Camaat səndən bura şikayət edir, neyniyəssən. Siz ikiniz də cinayətkarsınız. Siz cinayət işlədirsini. Kimdir dalında duran? Kimdir e bunun daydayı... Guya “uçastkovu” bilmir? Onda “uçastkovu”nun əli var orda, o sahə müvəkkilinin əli var orda, deməli..." sözlərini işlədib.