Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla əfv olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və həmin nazirliyin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov azadlığa çıxandan sonra karantinə alınıblar.
Pravda.az-ın xəbərinə görə, bu barədə ATV kanalı məlumat yayıb.