“Biz Bakı və İrəvanla dialoq yolu ilə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış üçtərəfli bəyanata uyğun olaraq Laçın yolunun tam fəaliyyətini bərpası ilə bağlı qarşılıqlı məqbul həll yollarının axtarışını davam etdiririk”.
Pravda.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.