ABŞ Prezidenti Co Bayden Varşavada moldovalı həmkarı Maya Sandu ilə görüşüb.
Pravda.az xəbər verir ki, bu barədə Moldova mətbuatı məlumat paylaşıb. Bildirilib ki, tərəflər Ukrayna müharibəsinin Moldova üçün nəticələrini müzakirə ediblər. Qeyd olunub ki, Sandu söhbət zamanı ölkəsinin azad dünyanın bir parçası olaraq qalmaq istədiyini bildirib və Moldova rəsmilərinin ölkədə sülh və sabitliyi qorumaq səyləri ilə bağlı danışıb.