İranda 19 700 000 əhalinin yaşadığı 200 rayonun sakinləri yoxsulluqdan aşağı vəziyyətdə yaşayır. “Report” “Amerikanın səsi”nin farsca redaksiyasına istinadən xəbər verir ki, bunu İran daxili işlər nazirinin müavini Əli Məhəmmədi bildirib.
Onun sözlərinə görə, həmin sakinlərin vəziyyətini mənzil, sağlamlıq, gigiyena, məşğulluq, təhsil, təlim, qida və geyim, idman və başqa sahələrdə əsas tədbirlərin görülməsi zəruridir.
Bir müddət əvvəl İranın Kooperasiya, Əmək və Əhalinin Sosial Rifah Nazirliyi bildirmişdi ki, ötən il ölkə əhalisinin təxminən 30 faizi, yəni 25 560 000 nəfər yoxsulluq həddində olub.